Bütün xəbərlər
Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü
Tarix: 30-09-2019 20:03 | Bölmə: Karusel

                        Yasamalda 3 kişi qadını zorakılıqla öldürdü


Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.  


Baxış sayı: 251


Bölməyə aid digər xəbərlər