Bütün xəbərlər
Maşında yanan sürücü tanınmış hüquqşünas olub - Foto
Tarix: 21-09-2019 11:21 | Bölmə: Karusel

                       Maşında yanan sürücü tanınmış hüquqşünas olub


Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də işləyib.
Fuad Musazadə

Qeyd edək ki, “Mercedes” markalı maşınla “Atəşgah” sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı maşın toqquşub və “Merdese” aşaraq yanıb. “Mercedes”in sürücüsü Fuad Musazadə olub.
Onunla birlikdə maşında olan sərnişin Kamran Atayev də yanaraq vəfat edib.


Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər