Bütün xəbərlər
Bakıda qızıl alveri ilə məşğul olan dələduz qadına hökm oxundu
Tarix: 21-09-2019 00:25 | Bölmə: Karusel

                              

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əfəndiyeva 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Nərminə Əfəndiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.
İttihama görə, Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb. Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. N.Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.


Baxış sayı: 244


Bölməyə aid digər xəbərlər