Bütün xəbərlər
Maştağada ağır yol qəzası - Ölən var
Tarix: 20-09-2019 09:45 | Bölmə: Karusel

                       

Bakı şəhərinin Maştağa qəsəbəsində ağır yol qəzası baş verib.
Trend-in məlumatına görə, qəsəbənin Kirov dairəsi adlanan ərazisində "VAZ 2106" markalı avtomobil ilə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlu hadisə yerində ölüb.
Qəza nəticəsində 1948-ci il təvəllüdlü Fəttahova Ətiyyə Nuhbala qızı və "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Həsənov Rafiq Tolik oğlu ağır yaralanıb.
Yaralılar təcili olaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Fəttahovaya sağ baldırın kəsilmiş yarası diaqnozu, R.Həsənova isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər