Bütün xəbərlər
Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq
Tarix: 19-09-2019 23:55 | Bölmə: Karusel
                     

Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Modern.az  xəbər verir ki,  Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci  mikrorayonlarında, eləcə də  Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və  Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində  qaz təchizatı dayandırılacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.


Baxış sayı: 282


Bölməyə aid digər xəbərlər