Bütün xəbərlər
“Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq
Tarix: 19-09-2019 08:45 | Bölmə: Karusel

“Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq


Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.
APA-nın məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda yer alan təmsilçimiz İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bu oyun A qrupunun I turu çərçivəsində baş tutacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu “Qarabağ” qrupdan çıxmağa iddia etdiyindən evdə uduzmamalıdır. Düzdür, rəqib La Liqanın lideridir və Avropa Liqasında qazanılan kubok sayında rekordçudur. Amma “Qarabağ”ın evdə güclü rəqiblərin əksərinə ciddi müqavimət göstərdiyini də nəzərə almaq lazımdır. Avropa Liqasının beşqat qalibi ilə görüşdə qazanılacaq xal təmsilçimizin 1/16 finala vəsiqə uğrunda mübarizəsi baxımından əhəmiyyətli olacaq.
İndiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə “Sent-Etyenn”, üç il əvvəl “Slovan”la heç-heçə edib. Bu dəfə də Q.Qurbanovun yetirmələri xal qazanmaq üçün mübarizə aparacaq.
Qrupun digər matçı Kiprdə baş tutacaq. APOEL öz meydanında Lüksemburq klubu “Düdelanj”ı sınağa çəkəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də başlayacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: 
Yevgeni Aranovski
Baş hakimin köməkçiləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Baxış sayı: 238


Bölməyə aid digər xəbərlər