Bütün xəbərlər
““Maserati” ilə aparılan qızı başqa maşın vurub”
Tarix: 18-09-2019 12:40 | Bölmə: Karusel

                       ““Maserati” ilə aparılan qızı başqa maşın vurub”


Ötən gün axşam “Gənclik” metrostansiyası yaxınlığında baş verən qəza ilə bağlı yeni detallar məlum olub. 
Qəzada adı keçən “Maserati”nin sahibi Elvin Qasımzadənin qohumu Əşrəf Qasımzadə “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yanlış olduğunu bildirib. O, qeyd edib ki, hadisəni 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı maşının sürücüsü törədib. Həmin sürücü affekt vəziyyətində olduğundan piyada, 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını xəstəxanaya “Maserati”nin sahibi Elvin Qasımzadə çatdırıb.
Qeyd edək ki, piyada həkimlərin müdaxiləsinə baxmayaraq  xəstəxanada keçinib.


Baxış sayı: 268


Bölməyə aid digər xəbərlər