Bütün xəbərlər
Rusiyalı deputat iclasdan sonra öldü
Tarix: 18-09-2019 00:34 | Bölmə: Karusel


                     Rusiyalı deputat iclasdan sonra öldü

Millət vəkili Aleksandr Şalayev Rusiyanın Perm əyalətində sosial siyasət komitəsinin iclasından sonra ölüb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, deputatlar iclas zamanı sualların çoxluğundan uzun müddət oturmalı olublar. İclasdan sonra 53 yaşlı Şalayev kafeyə nahar etməyə yollanıb. Ancaq qəfil halı pisləşdiyindən təcili yardım çağrılıb.
Deputatın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, millət vəkilinin ölümünə səbəb infarkt keçirməsi olub.


Baxış sayı: 216


Bölməyə aid digər xəbərlər