Bütün xəbərlər
Canavarlar kəndə hücum çəkib qoyunları parçaladı
Tarix: 16-09-2019 23:27 | Bölmə: Karusel

                        Canavarlar kəndə hücum çəkib qoyunları parçaladı


Göyçayda canavarlar kəndə hücum çəkib.
"Qafqazinfo" xəbər verir ki, hadisə Yekəxana kəndində baş verib.
Belə ki, kəndə soxulan canavarlar, kənd sakini İbrahim Hüseynovun fərdi həyətində olan tövlədə 7 baş qoyunu parçalayıb. Səsə çıxan ev sahibi vəhşi heyvanları həyətdən qova bilib. Yerli baytar həkim tərəfindən yaralı qoyunlara yardım göstərilərək ərazidə dezinfeksiya işləri aparılıb.
Xatırladaq ki, ötən ay kəndə hücüm edən yırtıcılar digər kənd sakini Tamerlan Məmmədovun həyətində girərək qoyunları parçalamışdı.


Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər