19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi
Tarix: 16-09-2019 14:44 | Bölmə: Karusel

                      Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi


Xəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.
"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir".
Q.Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
7-10-2019, 12:53 Bakıda evə basqın olub