Bütün xəbərlər
Bu gün “Qarabağ” və “Neftçi” qarşılaşacaq
Tarix: 15-09-2019 10:34 | Bölmə: Karusel

                        Bu gün “Qarabağ” və “Neftçi” qarşılaşacaq


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son 2 görüşü baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “Keşlə” “Səbail”i qəbul edəcək. Matç “Bakcell Arena”da olacaq. İlk 3 turdan 6 xal toplayan rəqiblər turnir cədvəlində qonşudurlar. “Keşlə” 3-cü, “Səbail” 4-cü sıradadır.
Turun son oyunu çempionluğa 2 əsas namizəd – “Qarabağ” və “Neftçi” arasında olacaq. Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.
Milli çempionatların daimi iştirakçısı olan “Qarabağ” və “Neftçi” indiyədək 76 dəfə görüşüblər. Bunlardan 28-də ağdamlılar, 20-də isə bakılılar 3 xal əldə ediblər.Qeyd edək ki, ilk oyun günündə qonaqlar qalib gəlib. "Zirə" "Sumqayıt"ı 2:1, "Qəbələ" isə "Sabah"ı 1:0 hesabı ilə üstələyib.
Premyer Liqa
IV tur
15 sentyabr (bazar)
18:00. “Keşlə” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
20:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu


Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər