Bütün xəbərlər
AKP-dən daha 2 nəfər istefa verdi
Tarix: 15-09-2019 10:30 | Bölmə: Karusel

AKP-dən daha 2 nəfər istefa verdi


Keçmiş Baş Nazir Əhməd Davudoğludan sonra daha iki millət vəkili AKP-dən istefa verib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bunlar Konyadan olan deputat Ömər Ünal və Ağrıdan olan keçmiş millət vəkili Cesim Gökçedir. Ünal və Gökçe e-dövlət üzərindən istefa veriblər. 
Xatırladaq ki, dünən Feramüz Üstün, Müftir Cengiz də AKP-dən istefa etdiklərini sosial şəbəkə vasitəsilə bildirmişdilər. Bu istefalardan sonra Davudoğlunun yeni partiya qurmaq üçün işlərini sürətləndirdiyi və 2 ay ərzində yeni partiya quracağı iddia edilir.


Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər