Bütün xəbərlər
Senator İranın neft zavodlarına hücum çağırışı etdi
Tarix: 15-09-2019 10:25 | Bölmə: Karusel

                         Senator İranın neft zavodlarına hücum çağırışı etdi


ABŞ senatoru Lindsi Qrem İranın neft obyektlərinə hücum çağırışı edib.
“Qafqazinfo” xəbər verir ki, senator bu barədə Tvitter səhifəsində yazıb. O, buna səbəb kimi Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft emalı zavodlarına edilən dron hücumlarını göstərib. Qremin sözlərinə görə, İran ciddi nəticələr hiss etməyincə oxşar addımlarını səngitməyəcək.
Onun sözlərinə görə, iranın neft emal edən zavodlarına hücum ölkədəki rejimə də dağıdıcı zərbə vuracaq.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər