Bütün xəbərlər
Tanınmış futbolçu "Yuventus"u tərk etmək istəyir
Tarix: 14-09-2019 13:51 | Bölmə: Karusel

                                

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç qış fasiləsini gözləmədən İtaliya “Yuventus”unu tərk etmək istəyir.
“Report” “Sky Sports”a istinadən xəbər verir ki, bi müddət əvvəl adı çəkilməyən Qətər klubunun təklifini geri çevirən 33 yaşlı hücumçu fikrindən daşınıb. Hazırda Turin komandasında ehtiyatda qalan forvard Yaxın Şərqə yollanmağın əleyhinə deyil.
Qeyd edək ki, Mancukiç 2015-ci ildən “Yuventus”da çıxış edir. O, karyerası ərzində vətənində “Marsoniya”, “Zaqreb”, “Dinamo”, Almaniyanın “Volfsburq”, “Bavariya” və İspaniyanın “Atletiko” komandalarının formasını geyinib.


Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər