Bütün xəbərlər
Tanınmış aktrisa həbs olundu
Tarix: 14-09-2019 11:51 | Bölmə: Karusel

                   Tanınmış aktrisa həbs olundu


Məhkəmə amerikalı aktrisa Felisiti Haffmanı 14 gün müddətinə azadlıqdan məhrum edib.
“Qafqazinfo”nun “Fox News”a istinadən məlumatına görə, buna səbəb artistin qızının ali məktəbə qəbul olunması üçün SAT imtahanının nəticələrinin saxtalaşdırılmasına görə 15 min dollar rüşvət verməsi olub.
F. Haffmana 14 günlük həbslə yanaşı, 250 saat ictimai iş cəzası verilib. Bundan əlavə, aktrisa düz 1 il nəzarət altında qalacaq və 30 min dollar cərimə ödəyəcək. 


Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər