Bütün xəbərlər
Messi: "Barselona" - mənim evimdir, getmək istəmirəm
Tarix: 13-09-2019 11:10 | Bölmə: Karusel



Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmədiyini deyib.
Trend-in məlumatına görə, 32 yaşlı hücumçu "Sport" nəşrinə müsahibəsində - "Barselona" mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm - deyə, bildirib.
Xatırladaq ki, Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, "İnter Mayami"nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb.


Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər