Bütün xəbərlər
Bakıda zibil yığan maşın aşıb, bir nəfər yaralanıb
Tarix: 13-09-2019 03:38 | Bölmə: Karusel

              Bakıda zibil yığan maşın aşıb, bir nəfər yaralanıb

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Balaxanı qəsəbəsi ərazisində Mənzil Kommunal İstehsalat Birliyinə (MKİS) məxsus zibil daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. 
Hadisə zamanı idarədə fəhlə işləyən 1979-cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər