Bütün xəbərlər
Siyavuş Novruzov: Müxalifət nə ağac əkir, nə qan verir, addımları ancaq söyüş və təhqirdən ibarətdir
Tarix: 06-09-2019 10:59 | Bölmə: Gündəm

                                   

Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov jutrnalistlərə deyib.
S.Novruzov biĺdirib ki, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur: "Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".
Millət vəkili insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".
S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O bildirib ki, müxalifət nə ağac əkir, nə qan verir: "Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".


Baxış sayı: 518


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı