Bütün xəbərlər
Bakıda Aqarunova möhtəşəm heykəl qoyuldu - FOTO
Tarix: 03-09-2019 18:22 | Bölmə: Gündəm


                                

Paytaxtın Nərimanov rayonunda Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəl qoyulub.
Eurasia Diary xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, qəhrəmanın heykəli Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı yerləşən və Aqarunovun adı verilən küçədə ucaldılıb.
Qeyd edək ki, məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov da təsdiq edib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi. (Sabaha-inamla.Az)
                      


Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı