Bütün xəbərlər
Qubadlı rayonunun işğalından 26 il ötür
Tarix: 30-08-2019 19:01 | Bölmə: Gündəm

Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin təşəbbüsü ilə, Bakı şəhəri  Yasamal rayon mərkəzləşmiş kitabxanasında Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsiilə  bağlı anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları, şəhidlərimizn ruhlarına fatiə verərək, onlara allahdan rəhmət diləyiblər. Tədbirdə cıxış edən Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofqi Əlizadə bildirib ki,Qarabağın digər rayonları kimi Qubadlının da  işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan, həm də Laçın istiqamətindən hücumlar gücləndirildi. Qubadlı rayonunun 31 avqust 1993- cü il tarixində ermənilər tərəfindən işğalından artıq 26 il ötür. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Daha sonra cıxış edən Demoratik cəmiyyət və Qadın Hüquqlarının Müdafisəsi ictimai birliyini sədri Mehriban Abdullayeva  dedi ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Yasamal rayon mərkəzləşmiş kitabxanaın numayəndəsi İradə Hüseynova çıxışında bildirdi ki, bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və 60 kitabxana ermənilər tərəfindən dağıdılıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.
    Daha sonra cıxış edən əslən Qubadlıdan olan ziyalılardan Kamran Orucov,Tahir Sadıqov, Şahlar Şuşalı, Nazim Tapdıq oglu, Aygun Hüseynli Firuzə Əsədullayeva və başqaları Qarabagın tarixindən, erməni daşnaqlarının tarix boyu biz türklərə qarşı etdikləri soyqırımlarından geniş danışıblar.
Kamran Orucov
Sabaha-inamla.Az













Baxış sayı: 1 244


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı