Bütün xəbərlər
​Sumqayıtda SosialMedia.az saytının təqdimatı keçirildi
Tarix: 27-08-2019 20:41 | Bölmə: Gündəm





    Avqust ayının 27-də Sumqayıt şəhərindəki Nizami Gəncəvi adına "Poeziya evi"ndə SosialMedia.az saytının təqdimat mərasimi keçirib. Mərasimdə dövlət qurumları, QHT-lər və media nümayəndləri iştirak edib. Tədbiri giriş sözü ilə açan ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova Sayt haqqında geniş məlumat verdi. O bildirdi ki,  “Əlilliyi Olan Şəxslərin

Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə 01.05.2019-cu il tarixindən «Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil” layihəsinin icrasına başlayıb.

 Layihənin məqsədi əlilliyi olan bacarıqlı şəxslər barədə məlumatların toplanılması,onların əl işlərindən ibarət  bazanın yardılmasıdır. Digər tərəfdən onların sayt üzərində işləmə mexanizminin öyrədilməsidir ki, bu sahədə onların daha aktiv fəaliyyətlə məşqul olmasına kömək edəcək.
 
Layihə müddətində Sumqayıt  şəhərindən 15 nəfər sağlamlıq imkanları məhdud gənc və Bakı şəhərində keçirilən təlimlərdə 15 nəfər eşitmə məhdudiyyətli gənclər iştirak etmişdir. Onlara Şuranın dəstəyi ilə yeni yaradılmış SosialMedia.az saytı üzərində işləmə mexanizmi öyrədilib və bacarıqlı gənclərin əl işlərindən ibarət güşə yaradılıb. Saytın özəlliyi ondadır ki, burada yalnız əlilliyi olan gənclər işləyir. Saytda onların hər biri öz seçdikləri kateqoriya üzrə xəbərlərlə yanaşı, eyni zamanda özlərinin əl işləri də yerləşdirilir.
    
     S.Kərimova daha sonra qeyd etdi ki,tədbirin Sumqayıt şəhərində keçirilməsi şəhərimizin 70 illiyi ilə bağlıdır.Bu il Sumqayıt şəhərinin 70 illiyi olacaq, istədilər ki,silsilə tədbirlər içində onların da  töhfəsi olsun.
    
     
Layihə təlimçisi QHT.az və QHT TV-nin baş rdeeaktoru Cəsarət Hüseynzadə layihənin gedişatı barədə məlumat verdi.

  
    Sumqayıt şəhər İcra hakimyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Fərman Kazımov Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai birliklərə göstərilən diqqətdən və şəhərdə aparılan abadlıq işlərindən danışdı.
  
       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Xəzər rayon Dövlət Sosial Müdafiəsi Fondunun müdiri Firdovsi Bədəlov, Sumqayıt şəhər Dövlət Sosial Müdafiəsi Fondunun müdiri Ceyhun Suleymanov, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Elçin Ağamalı, YAP Sumqayıt şöbəsinin sədr müavini Vəzirxan Ənsərov, Sabaha-İnanla.az saytının baş redaktoru Namiq Məmmədli, Sumqayıt Təhsil şöbəsindən Cəmilə xanım və QHT-rəhbərləri Mətanət Əsgərqızı, Zenfira Mustafayeva, İndira Şəmsivari, Cəmilə Abdulova, Dünya Əliyeva və bir çoxları yeni yaradılan sayta uğurlar arzuladılar.
     Tədbirdə təqdimatı keçirilən SosialMedia.az saytına giriş və orda yerləşdirilən yazılar nümayiş etdirilib. Həmçinin salonda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub.
    Sonda layihədə fəal iştirak edənlərə diplomlar və hədiyyələr təqdim edildi.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az











Baxış sayı: 950


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı