22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Abel Məhərrəmovun polkovnik kürəkəni vəfat etdi
Tarix: 24-08-2019 15:31 | Bölmə: Gündəm


                              Abel Məhərrəmovun polkovnik kürəkəni vəfat etdi

BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, mərhumun yaxınlarının Modern.az-a verdiyi məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.
Qeyd edək ki, öncədən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov Daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.
***
Onu da əlavə edək ki, avqustun əvvəlində Azər Sadıqovun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Abel Məhərrəmov isə “Qafqazinfo”ya açıqlamasında kürəkəninin artıq evə buraxıldığını, vəziyyətinin qaydasında olduğunu bildirmişd.
“Vəziyyəti yaxşıdır, evindədir. Kənarda yemək yemişdi, ona görə kiçik bir problem yaranmışdı. Mədəsi yuyulub, bir saat sonra isə evinə aparılıb. Hazırda hər şey qaydasındadır”, - deyə BDU-nun sabiq rektoru qeyd etmişdi.
Onu da əlavə edək ki, Azər Sadıqov Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.


Baxış sayı: 710


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı