Bütün xəbərlər
Niyazi Bayramov daha bir səyyar qəbul keçirib
Tarix: 20-08-2019 13:24 | Bölmə: Gündəm

                                    Niyazi Bayramov daha bir səyyar qəbul keçirib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşların problemlərini dinləyib. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, müvafiq idarə, müəssisə və struktur rəhbərləri iştirak edib.
Niyazi Bayramov vətəndaşları salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir. Həmçinin şəhər rəhbəri qeyd edib ki, Gəncədə dam örtüyü dəyişdirilib, su-kanalizasiya sistemlərində təmir işləri davam etdirilir, çoxmərtəbəli binaların liftləri yenilənib, yollarda bərpa işləri gedir.
Sakinlər “açıq mikrofon” şəraitində öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriliblər. Müraciətlər arasında işlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, fərdi evin təmiri, sənədsiz evlərin rəsmiləşdirilməsi kimi məsələlər üstünlük təşkil edib.
Vətəndaşların müraciətlərini tək-tək dinləyən Niyazi Bayramov, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verib. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırılıb.
AtaTv.az

Niyazi Bayramov daha bir səyyar qəbul keçirib
Niyazi Bayramov daha bir səyyar qəbul keçirib
Niyazi Bayramov daha bir səyyar qəbul keçirib
Niyazi Bayramov daha bir səyyar qəbul keçirib



Baxış sayı: 667


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı