Bütün xəbərlər
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Rio-de-Janeyroda konsert proqramı təşkil edilib (FOTO)
Tarix: 17-08-2019 01:53 | Bölmə: Gündəm



Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə Rio-de-Janeyro şəhərinin məşhur bələdiyyə teatrında Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konsert proqramı təşkil edilib.
Səfirlikdən Trend-ə bildiriblər ki, konsertdə dirijor Yalçın Adıgözəlovun rəhbərliyi və soprano Selcan Nəsiblinin iştirakı ilə Braziliya simfonik orkestrinin ifasında Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Nəsimi haqqında nağıl”, Qara Qarayevin “Don Kixot”, Mauris Ravelin “Şəhrizad” və Klod Debüssinin əsərləri ifa edilib.
Bakı ilə qardaşlaşmış şəhər olan Rio-de-Janeyroda Yalçın Adıgözəlovun dirijorluğu ilə üçüncü dəfə təşkil edilən konsertdə çoxsaylı tamaşaçılar, o cümlədən şəhərin və ştatın rəsmiləri, o cümlədən şəhər meriyasının nümayəndələri, Rio-de-Janeyro Federal Universitetinin tələbə və professor heyəti, eləcə də Braziliya Milli Konqresinin üzvləri iştirak ediblər.
Tədbir yerli auditoriyanın böyük marağına səbəb olub və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Konsert yerli mətbuatda geniş işıqlandırılıb.




















Baxış sayı: 536


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı