Bütün xəbərlər
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Tarix: 12-08-2019 13:38 | Bölmə: Gündəm

                     Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR


Bu gün Sumqayıtın Cümə məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

 
Xeberle.com xəbər verir ki, birlikdə namaz qılınıb, dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər. 
Bildirək ki, bu gün ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub. Qeyd edək ki, bütün dünyada müsəlmanlar Qurban bayramını qeyd edir.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün - avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan "Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana "İsmayıl qurbanı” da deyirlər.

Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR
Sumqayıtda bayram namazı qılınıb - FOTOLAR





Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı