Bütün xəbərlər
Sumqayıtda kadr dəyişikliyi-yeni müdir təyin edildi
Tarix: 12-08-2019 13:30 | Bölmə: Gündəm


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.
APA -nın yerli bürosunun məlumatına görə, nazir Sahil Babayevin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov tutduğu vəzifədən azad edilib.
S. Babayevin digər əmriylə F. Bədəlov Fondun Xəzər rayon şöbəsinin müdiri təyin olunub.
Sahil Babayev Fondun Sumqayıt şəhər şöbəsinə də yeni müdir təyin edib. Uzun müddət Sumqayıt şəhər şöbəsində Mühasibatlıq sektorunun müdiri vəzifəsində çalışan Ceyhun Süleymanov şöbənin müdiri təyin edilib.
www.sumqayitxeber.com


Baxış sayı: 633


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı