Bütün xəbərlər
Əflatun Amaşov: "Azərbaycan və Gürcüstan xalqları arasında tale yaxınlığının bir daha şahidi olursan"
Tarix: 09-08-2019 02:16 | Bölmə: Gündəm

                 "Təəssüf ki, bu tale yaxınlığı işğal amilinə də əsaslanır"

Gürcüstan ərazisində baş verən avqust müharibəsindən 11 il ötür. Nəticəsi göz qabağındadır: Rusiyanın müdaxiləsi ilə Gürcüstan Abxaziya və Cənubi Osetiyanın qalan hissələrinə də nəzarəti itirdi, Rusiya Abxaziyanı və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı, həmin torpaqlarda öz hərbi bazalarını yaratdı, Cənubi Osetiya və Kodori vadisində məskunlaşmış gürcülər etnik təmizləməyə məruz qaldılar...
-Bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində 11 il əvvəl baş vermiş hadisələrlə bağlı tədbir keçirilib. Həmin tədbirdə etdiyim çıxışı təqdim edirəm:
"Biz bu gün tarixi gündə toplaşmışıq. Ümumən 8 avqust gürcü xalqı və Gürcüstan dövlətçiliyi üçün olduqca ağır gündür. Düz 11 il əvvəl baş vermiş hadisələr nəticəsində Gürcüstğanın ərazi bütövlüyünə qəsd olundu. Üstəlik işğal olunmuş torqaqlar başqa bir ölkə tərəfindən tanındı.
Bu proseslərə diqqət yetirərkən Azərbaycan və Gürcüstan xalqları arasında tale yaxınlığının bir daha şahidi olursan. Təəssüf ki, bu tale yaxınlığı işğal amilinə də əsaslanır.
Azərbaycan və Gürcüstan xalqları bölgənin qədim xalqlarıdır. Xalqlarımız daim mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar. Aramızda heç bir konflikt olmayıb. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu bizim uğurumuzdur. Elə etməliyik ki, əldə etdiyimiz uğurlar gələcək inkişafımızı təmin etdiyi kimi, problemlərimizi də həll etsin. Ən böyük problemimiz isə torpaqlarımızın işğalıdır. Bildiyiniz kimi, Azərbaycanın da torqanlarının 20 faizi Ermənistan tərəfindən zəbt olunub. Dünya birliyi isə artıq 25 ildən çoxdur ki, bu ədalətsizliyə biganə yanaşır. Hesab edirəm ki, Azərbaycan və Gürcüstan beynəlxalq arenada ilk növbədə məhz bu biganəliyə və ədalətsizliyə qarşı birgə haqq səsini ucaltmalıdır.
Gürcüstan həm də azərbaycanlıların vətənidir. Orada yüz minlərlə azərbaycanlı yaşayır. Onlar üçün də Gürcüstanın güclü və bütöv olması əsas şərtdir. Onlar Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə, eyni zamanda avqust döyüşlərində yaxından iştirak ediblər. Aralarında yarananlar, həyatlarını itirənlər də olub. Eyni sözləri Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanda yaşayan gürcü xalqının nümayəndələri barədə də demək olar.
Əziz dostlar, yenə də deyirəm, biz belə günləri daim qeyd etməliyik. Bu günün mahiyyətini ictimaiyyətə çatdırmaq son dərəcə vacibdir. Gələcək nəsillərimiz tarixdə baş verənləri bilməli və nəticə çıxarmalıdırlar. İnanıram ki, belə də olacaq. Azərbaycan və gürcü xalqı daim birlikdə olacaq".





Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı