Bütün xəbərlər
Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə tanış olub – FOTOLAR
Tarix: 18-07-2019 09:58 | Bölmə: Gündəm




Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisi sürətlə aparılır. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.
Sumqayitxeber.com






Baxış sayı: 651


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı