Bütün xəbərlər
"Megafon" Azərbaycan xalqından üzr istədi
Tarix: 16-07-2019 02:32 | Bölmə: Gündəm
         

Rusiyanın ən böyük mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib.
Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə "Megafon" şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçukun sosial şəbəkələrdə yayılan video müraciətində bildirilib.
O, qurumun saytında separatçı qondarma "Dağlıq Qarabağ Respublikası"nın səhvən müstəqil dövlət kimi göstərdiklərinə görə Azərbaycan xalqından üzr istədiyini söyləyib. Mixalçuk şirkət tərəfindən buraxılan səhvin artıq aradan qaldırıldığını deyib.
Qeyd edək ki, “Megafon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma “Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar "VKontakte" və digər sosial şəbəkələr vasitəsi ilə “Megafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar. Bütün bunlardan sonra "Megafon" öz saytında separatçı sondarma “Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.


Baxış sayı: 578


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı