Bütün xəbərlər
Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin edib
Tarix: 12-07-2019 23:22 | Bölmə: Gündəm

                                   

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.
"Report"un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, bu vəzifəyə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidovfaktı "Report"a təsdiqləyib. 
Qeyd edək ki, bu təyinatla bağlı ilk xəbəri strateq.az saytı yayıb.


Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı