Bütün xəbərlər
Prezidentdən Abel Məhərrəmovun oğlu ilə bağlı SƏRƏNCAM
Tarix: 10-07-2019 10:08 | Bölmə: Gündəm
               

Prezident İlham Əliyev dünən Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, diplomatik rütbə alanlar sırasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov da var.
Sərəncama əsasən, Anar Məhərrəmova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
 Qeyd edək ki, Anar Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiridir. O, 2016-cı ilin aprel ayında ölkə başçısının sərəncamı ilə səfir vəzifəsinə təyin edilib.


Baxış sayı: 818


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı