Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : Azərbaycanın mədəni irs nümunələri bəşəri əhəmiyyət daşıyır
Tarix: 08-07-2019 13:04 | Bölmə: Gündəm
   

 Sabaha-inamla.Az Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun  Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO - nun Ümumdünya İrs Siyahısına daxil  edilməsi ilə bağlı məqaləsini təqdim edir.

    Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi - mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli - mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir.
Mədəni irsin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ölkəmiz 1992 - ci ilin iyunundan UNESCO - ya üzv qəbul olunub. 1996 - cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT - nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakıda UNESKO - nun Ümumdünya İrs Komitəsinin 43 - cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO - nun Ümumdünya İrs Siyahısına daxil  edilməsi isə bir daha tariximizə irsimizə verilən dəyərdir. Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Həqiqətən də fəxr etməli fakt  ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi - mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Bununla da  “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu maddi - mədəniyyət irsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur.Çünki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi   indən belə bəşəri əhəmiyyət daşıyır.Bu qərara əsasən, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyacaqdır.
Biz inanırıq ki, Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli-mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.


Baxış sayı: 645


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı