22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Putinə açıq məktub...
Tarix: 07-07-2019 17:59 | Bölmə: Gündəm




Möhtərəm cənab prezident!

Uzun illərdir bəşəriyyət, xüsusilə də İslam dünyasinın,müsəlmanların şeytana qulluq edən güc sahiblərinin- vəhşilərin  və ondan da əlavə  insan haqlarının  saxta müdafiəçilərin özlərinin  istədiyi  kimi həyata keçirdikləri üsullarla  qanını tökməklə məşğuldurlar.Qəlbi daş,zahirən insan sifətli,daxilən faşist ruhlu olanlarin pəncələri altında müsəlmanların qanı tökülür.
Suriyali Aylan dənizdə buğulur ;Yəmənlı körpələr dağılan binalarin altında qalır. Fələstinli uşaqlar qonşu ölkə əsgərlərinin mərmisinə tuş gəlir.Azərbaycanin körpə Zəhrası-məsum yavru nənəsinin  qucağinda şəhid olur..Zəhra getdi Cənnətə.Ruhu şad olsun.Bəs Sərkisyan və ona dəstək olanlar görəsən bilirlərmi Cəhənnəmin isti bucağına gedəcəklər? Cənab Haqq-xristian və müsəlmanların bir olan Allahı bu zülmü götürməyəcək.Qan yerdə qalmaz..
Hər gün işğalçı Ermənistan  tərəfindən Azərbaycanın dinc əhalisi- yaşayış məntəqələri top atəşinə tuulur, Azərbaycanın günahsız vətəndaşları şəhid olur.
Zat-aliləri, yenə susacaqsınızmı? Yenə də daşnaklar yalançı iddialar irəli sürəcəklərmi? Yenə də Zəhralar öz qanınına qəltan olacaqmı?
Hörmətli cənab prezident.Bilirsiniz ki,Azərbaycan xalqının-eləcə də prezidentimiz,cənab İlham Əliyevin sizə rəğbəti ,hörməti böyükdür.Dünyada sizi haqqın müdafiəçisi,carçısı kimi tanıyırlar. Qarabağ məsələsində isə susqunluğunuz bizə təəccüblü görünür.İşğalçılara dəstək olmayın cənab Putin-axı Siz Allaha bağlı insansınız.Nolar Ermənilər xristian olanda? 
Peyğəmbərimizin qızı Fatimeyi-Zəhra da şəhid oldu.Onun oğlu İmam Hüseyn də şəhid olub.1400 ildir günahkarlar lənətlənir.  Azərbaycan xalqı hələ də dözür. Alahın divanına buraxırıq günahkarları.Göydə Allaha,yerdə Ali Baş Komandanımıza arxayınıq.Amma Sizdən də umuruq.Kömək etməsəniz də heç olmasa kənara çəkilin. Xahiş edirik!                                                                                 

Hörmətlə:Vüqar Əhməd-şair,filologiya elmləri doktoru, professor




Baxış sayı: 662


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı