10:53 / 16-07-2019
Nazir əmr imzaladı
02:49 / 16-07-2019
Prezident onu da təltif etdi
Rəis müavinliyindən nazir müavinliyinə gedən yol - Seyfulla Əzimov kimdir?
Tarix: 06-07-2019 01:10 | Bölmə: Gündəm

                         Rəis müavinliyindən nazir müavinliyinə gedən yol


Prezident İlham Əliyevin imzaladığı sərəncamla polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, Əzimov yeni vəzifəsinə qədər Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olub. O, bu vəzifəyə 2014-cü ildə sabiq Daxili İşlər naziri Ramil Usubovun imzaladığı əmrlə təyin olunub. “Bandotdel”ədək Quba Rayon Polis Şöbəsinin rəisi olan Əzimov, həmin vaxt yeni vəzifədə Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunan Mirqafar Seyidovu əvəzləyib.
Seyfulla Əzimovun adı qubalılara daha çox tanış olsa da, o, ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra gündəmə gəlib. Əzimov həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var.



Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi  etibar olunur. Beş il  “Bandotedəl”in rəisi olan Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini vəzifəsinədək yüksəlir.


Baxış sayı: 296


Bölməyə aid digər xəbərlər
7-07-2019, 17:59 Putinə açıq məktub...
27-06-2019, 01:35 Gənc alim təltif olundu