Bütün xəbərlər
Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovun anım gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 04-07-2019 10:24 | Bölmə: Gündəm

3 İyul 2019- cu il tarixində  Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovun anım gününə həsr olunmuş tədbir keçirilib. Öncə2-ci Fəxri Xiyabanda Milli Qəhrəmanımızın məzarı ailə üzvləri, hərbçi yoldaşları, media nümayəndələri, şəhid ailələri və bir qrup ziyalı tərəfindən  ziyarət edildi, ruhuna dualar oxundu. Daha sonra tədbirin rəsmi hissəsi  C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında davam etdi.
   Tədbir şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad etməklə  başladı. Dahasonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri  giriş sözü ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxananın direktor müavini Xalidə Musayeva  açaraq tədbir iştirakçılarını salamlayıb bu layilənin silsilə şəklində davam edəcəyini bildirdi. Layihə  rəhbəri Elnurə İsgəndərovaya və təşkilatçı Aygün  İsgəndərovaya  təşəkkürünü bildirdi, uğurlar arzuladı. Daha sonra sözü Elnurə İsgəndərovaya  verdi. Elnurə xanım qeyd etdi ki, layihənin  məqsədinin gənclər arasında vətənpərvərliyin təbliği və Milli Qəhrəmanlarımızın şərəfli həyat  yolunun daha dərindən öyrənilib aşılanmasıdır. Sonra Elnurə xanım sözü Prezident yanında QHT-larına dəstək şurasının üzvi, Tərxis olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri, politoloq Emin Həsənliyə verdi. Emin müəllim öz çıxışında Asif Məhərrəmovun şərəfli  həyatyolundan və onunla bağlı xatirələrindən geniş bəhs etdi və  tədbir iştirakçılarını Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş “Haqqa həsr olunmuş ömür” filmini izləməyə dəvət etdi.
   Filmi izlədikdən  sonra istedadlı, vətənpərvər, gənc rəssam  Fərman Qasımov  Milli Qəhrəman Asif Məhərrəmovun portretini  canlı-canlı işləyərək ailəsinə  xatirəhədiyyəsi etdi.
   Tədbir iştirakçılarından ehtiyatda olan polkovnik-leytenant Zakir Qarayev,  Gəncliyə Yardım Fondunun  vitse-prezidenti  Salman Əliyev,  Yazıçı-publisist, tərcüməçi Azər Hacıbəyli, Vətən səsi qəzetinin  baş redaktoru  Elşən Əliyev, Respublika  Şəhid Ailələrinə qayğı cəmiyyətinin  sədri Müşfiq Əliyev ,  veteran Elxan Həşimov, Xocalı Soyqrımını tanıtım İB-nin  sədri  Şamil Sabiroğlu, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Dünya, Ana və uşaqlar İB-nin  sədri Dünyaxanım Əliyeva və başqaları  Milli Qəhrəman Asif Məhərrəmov haqqında  öz dəyərli fikirlərini, xatirələrini  bölüşdülər.
Sonda  Milli Qəhrəmanın  ailə üzvlərindən qardaşı  Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət  Məhərrəmov  vəMilli Qəhrəmanın  yeganə yadigarı, oğlu qol güləşi üzrə Dünya və Avropa çempionuAzər Məhərrəmov  C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəhbərliyinə,Aygün və  Elnurə İsgəndərovalara  vəiştirakçılara, tədbiri  ərsiyə gətirdiklərinə görə  dərin  təşəkkürlərini  bildirdilər.

Aygün Oqtay
Fotoqraf: Vüsalə Yunusova











Baxış sayı: 1 052


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı