Bütün xəbərlər
YAP Pirallahı rayon təşkilatının Gənclər birliyi orduya dəstək aksiyasına qoşuldu
Tarix: 02-07-2019 18:29 | Bölmə: Gündəm

Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının Gənclər birliyininfəalları partiyanın sədr müavini-icra katibi Əli Əhmədovun çağırışına qoşuldular. Rayon təşkilatının fəal partiya üzvləri orduya dəstək göstərdilər.
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı QüvvələrəYardım  Fonduna köçürülməsi barədə müraciət edib. O, bu addımı ilə müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək nümunəsi göstərdiyini bildirib. Həmçinin bildirilib ki, Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu vardır. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı qüvvələrə yardım fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin.
Sabaha-inmala.Az





Baxış sayı: 590


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı