Bütün xəbərlər
Nazir: Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi üçün iş aparılır
Tarix: 01-07-2019 14:20 | Bölmə: Gündəm

20 ildən artıqdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrimiz dağıdılır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransında deyib.
Ə.Qarayev bildirib ki, bununla bağlı məsələ UNESCO-da qaldırılıb: “Biz bu sessiya çərçivəsində də bu məsələni qaldırmışıq, mən bunu çıxışlarımda da dedim. Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi istiqamətində iş aparırıq, ancaq Ermənistan tərəfi bu missiyanın gəlməsini əngəlləyir. Bu məsələyə beynəlxalq ictimaiyyətin qoşulmasını istəyirik. Bu istiqamətdə iş aparırıq”.


Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı