Bütün xəbərlər
Gənc alim təltif olundu
Tarix: 27-06-2019 01:35 | Bölmə: Gündəm

Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin mənzil qərargahında Sabaha- inamla.Az xəbər portalının rəhbərliyinin təşəbbüsü ilə, Gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Islam Universitetinin ictimai fənlər kafedrasının müdiri Elvin Talışınskinın Diplomla təltif olunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin prezidenti Tofiq Əlizadə açaraq gənc omasına baxmayaraq artıq İslam Universitetinin ictimai fənlər kafedrasına başçılıq edən, Siyasi elmlər üzrə fəlsəfə doktoru olan Elvin müəllim haqqında cox maraqlı faktlar söyləyib. O, çıxışında vurğulayıb ki, Elvin müəllim eyni zamnda da Milli Mənəvi Dəyərlərimizə Dəstək ictimai birliyinin sədri kimi gənclərimizin vətənpərvərlik ruhunda inkişaf etməsində yorulmadan fəaliyyətdədir.
                                 
Daha sonra Sabaha- inamla xəbər portalının baş redaktoru Namiq Məmmədli  çıxış edərək bildirib ki, Elvin müəllimlə az bir zamanda tanış olmağına baxmayaraq artıq onun gənc bir vətənsevər olmağının xərbər portallarında dərc etdiyi yazılarından hiss edib. Və Namiq müəllim çıxışının sonunda Elvin Talışınskini Sabaha- inamla.Az xəbrər portalının təsis etdiyi "Gənc alim" diplomu ilə təltif edib.
Daha sonra Beynəlxalq müsabiqələr qalibi-tanınmış parodiyaçı Həsən Cəbrayılov, Kamran Orucov, tələbələrdən Qorxmaz Paşayev, Ziya Yaqubzadə, Nərminə Quliyeva, Ayşən Cəbrayılova çıxış edərək Elvin müəllimin millətini və tələbələrini sevən bir Azərbaycan ziyalısı kimi tanıdıqlarının dilə gətiriblər.
Sonda Elvin Talışınski ona göstərilən diqqətə görə, təşkilatçılara və iştirakçılara   minnətdarlığını bildirib.
Kamran Orucov
Sabaha-inamla.Az




















Baxış sayı: 2 440


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı