Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
Tarix: 25-06-2019 11:18 | Bölmə: Gündəm


Artıq 21 ildir ki, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ümummilli liderin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndərin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.
Ordu  hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan üçün ordu quruculuğu çox mühüm əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Digər tərəfdən isə , güclü ordu elə güclü dövlət deməkdir. Məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da bu inkişafa uyğun şəkildə inkişaf edir.  Artıq Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Təkcə kəmiyyət etibarı ilə deyil, peşəkarlıq və təminat-təhcizat baxımından da ordumuz öndədir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksəkdir.
Xalqımızın dahi oğlu Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu var. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilmiş, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilmişdir. Ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. 
Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005-ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
Ümumiyyətlə, son 16 ilbütünsahələrdə olduğukimi, orduquruculuğundadamöhtəşəmuğurlarlaəlamətdardır. AliBaşKomandanİlhamƏliyevinhəyatakeçirdiyidüşünülmüşsiyasətnəticəsindəbugünAzərbaycanCənubiQafqazınəngüclüiqtisadiyyatınavəmodernordusunasahibdir. Hazırdadünyahərbsənayesininənsonyenilikləriolansilah-sursatAzərbaycanOrdusununarsenalındayeralır. Ordununmühümşərtlərindənbirikimi AliBaşKomandanınözününSilahlıQüvvələrəbağlıolması, hərbiişidərindənbilməyivədaimordununproblemləriiləmaraqlanıb, onlarıuğurlahəlletməyibacarmasıdır.CənabİlhamƏliyevsistemlişəkildətəmasxəttində, səngərlərdəolur, əsgərlərləgörüşür, onlarıtəltifedir, durumlarıiləmaraqlanır. Bunlarhəmordudaböyükruhyüksəkliyidoğurur, həmdəonundaxilindəolanməsələləriöyrənibproblemlərindərhalhəllolunmasınaşəraityaradır. Bütövlükdəordu-rəhbərbirliyi, ordu-xalqvəhdətiözününyüksəksəviyyədəhəllinitapır!
Bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin! Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da ordumuzun arxasındayıq!


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı