Bütün xəbərlər
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır - Baş Qərargah rəisinin müavini
Tarix: 22-06-2019 10:33 | Bölmə: Gündəm

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.
Trend-in məlumatına görə, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.
General-leytenantın sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.
Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır.


Baxış sayı: 789


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı