22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
142 nömrəli məktəbdə "son zəng" çalındı
Tarix: 14-06-2019 21:02 | Bölmə: Gündəm

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 2018/2019-cu dərs ilinin "Son zəng" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Gülnaz Abdullayeva açaraq qonaqları, ictimaiyyət nümayəndələrini, valideynləri, 11-ciləri, məktəbin şagirdlərini salamladı. Daha sonra Gülnaz Abdullayeva bu ilki 11-ciləri əlamətdar bir gün ərəfəsində, yəni 15 İyun - Qurtuluş Günü ərəfəsində məktəbə əlvida deyəcəklərini vurğuladı. Daha sonra Gülnaz Abdullayeva 15 iyun tarixinin Azərbaycan xalqının həyatında mühim rol oynadığını və 11-cilərin bugünki təmtəraqlı tədbirinə görə məhz Ulu öndər Heydər Əliyevə borclu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra Respublikamızda gedən təhsil siyasəti, məktəblərin uğurları haqqında danışan Gülnaz Abdullayeva 2018/2019-cu dərs ilində məktəbin şagirdlərinin qazandığı uğurlardan söhbət açdı. Tədbirdə məktəbin bir qrup fəal müəlliminə və fəal şagirdlərinə Fəxri Fərmanlar, Diplomlar təqdim olundu. Tədbirdə çıxış edən 11-cilərin ilk sinif müəllimləri, sinif rəhbəri və fənn müəllimləri 11-cilərə uğurlu yol, həyatda möhkəm addımlamağı arzuladılar. Sonda məktəbin rəmzi açarı 10-culara təqdim olundu. Son zəng çalındı.
Namiq Məmmədli
Sabaha-inamla.Az



























Baxış sayı: 1 292


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı