Bütün xəbərlər
Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi - SƏRƏNCAM
Tarix: 31-05-2019 13:50 | Bölmə: Gündəm
           

Rusiya prezidenti Vladimir Putin ölkədəki hava limanlarına məşhur şəxslərin adının verilməsi barədə sərəncam imzalayıb.
 Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sərəncama əsasən, məşhur azərbaycanlı geoloq, Sibirdə zəngin neft yataqları aşkarlayan Fərman Salmanovun adı rəsmən Surqut hava limanına verilib.
 Xatırladaq ki, 2018-ci ilin dekabrında Rusiyada ümumxalq səsverməsinin nəticələrinə əsasən, Fərman Salmanovun (1931-2007) adının Suruq hava limanına verilməsi istənilmişdi. Rusiya prezidentinin bugünkü sərəncamı tarixi hadisəni rəsmiləşdirib.


Baxış sayı: 1 787


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı