23:30 / 17-06-2019
TƏBRİK EDİRİK!
Deputat: Futbol bayramı ərəfəsində siyasi spekulyasiya ilə məşğul olanlar nəticədə acı məğlubiyyətə uğradılar
Tarix: 30-05-2019 19:53 | Bölmə: Gündəm

Futbol bayramı ərəfəsində siyasi spekulyasiya ilə məşğul olanlar nəticədə acı məğlubiyyətə uğradılar.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, futbolu siyasiləşdirmək istəyənlər bunun ətrafında siyasi spekulyasiya yaratdı və məğlubiyyətə uğradılar:
"Əlbəttə, biz oyunu maraqlı adlandıra bilərik, amma bu, bütovlükdə 90 dəqiqəlik yarışın cəmi 15-20 dəqiqəsinə aiddir. Hər şey bu dəqiqələrdə həll olundu. Təhlükəsizlik tədbirlərinin görülməsi və ölkəmizin final oyununa çox yüksək səviyyədə hazırlaşmasını xüsusi qeyd etmək lazımdır. Bakı Olimpiya Stadionu möhtəşəm görünüşü, azarkeşlərin yüksək mədəniyyəti, təşkilatçılığın nümunəvi olması ilə yaddaşlara həkk olundu".
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bu mötəbər oyunu yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü: "Ölkəmiz bu cür beynəlxalq tədbirlərə necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Futbol bayramı ərəfəsində informasiya məkanında daha çox siyasi spekulyasiya ilə məşğul olanlar nəticə etibarilə acı məğlubiyyətə uğradılar. Bununla yanaşı, final görüşü ərəfəsində təhlükəsizlik məsələləri, "Arsenal" futbol klubunun oyunçusu Henrix Mxitaryanla bağlı futboldankənar yaradılan spekulyasiya sabun köpüyü idi və final oyunundan dərhal sonra bu, dağılmış oldu. Nəticə göz qabağındadır. Düşünürəm ki, bu, Azərbaycanın uğuru, nailiyyəti və ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların məğlubiyyətidir”.


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər