23:30 / 17-06-2019
TƏBRİK EDİRİK!
“Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas
Tarix: 21-05-2019 01:04 | Bölmə: Gündəm
               

Xəbər verildiyi kimi, millət vəkili Fazil Mustafa Milli Məclisinin son iclasında çıxış edərək Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlıya fəxri dövlət adının, mükafatının və təqaüdünün verilməsini təklif edib.
 Modern.az xəbər verir ki, Qaziler.az  bununla bağlı millət vəkili, yazıçı Aqil Abbasın fikirlərini öyrənib: “Əslində Şəmistan Əlizamanlı Azərbaycan dövlətinin ən yüksək adlarına, mükafatlarına, təqaüdlərinə layiqdir. Bu mükafatlar ona çoxdan verilməliydi. O, illərdi öz imkanları hesabına vətənpərvərlik ruhlu mahnılar yazdırır və təbliğ edir. Bu mahnılar gənc nəslin vətənpərvər ruhda böyüməsində müsbət rol oynayır.
Bundan əlavə, Şəmistan vaxtaşırı müxtəlif dövlət tədbirlərində, şəhidlərimizin dəfnində, anım günlərində, hərbi hissələrdə, ali və orta məktəblərdə keçirilən tədbirlərdə iştirak edir. 
Son vaxtlar qardaş Türkiyədə dünyanın 85 ölkəsində 25 dildə izlənilən tarixi “Diriliş Ərtoğrul” filmində Şəmistanın rol alması, Türkiyə prezidenti cənab Ərdoğanın təbliğat çarxlarında və seçki kampaniyasında onun bəstələdiyi və ifa etdiyi mahnılardan istifadə etməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük uğurudur. Düşünürəm ki, belə bir sənətkara dövlətin diqqət göstərməsi çox yaxşı olardı. Və düşünürəm ki, bu səs tezliklə Xankəndinin, Şuşanın, o cümlədən işğal altındakı bütün torpaqlarımızın azad olunması xəbərini xalqımıza çatdıracaqdı!”.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər