Bütün xəbərlər
DGK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib (FOTO)
Tarix: 11-05-2019 01:31 | Bölmə: Gündəm

Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.
DGK-dən Trend-ə verilən məlumata görə, Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tədbiri giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu ulu öndərin həyat və fəaliyətindən danışıb və bildirib ki, ömrünü xalqının, dövlətinin çiçəklənməsinə həsr edən dahi rəhbər vətən sevgisini hər şeydən üstün tutub.
Komitə sədri vurğulayıb ki, müstəqilliyimizin əbədiliyini təmin edən ümummilli lider dərin dövlətçilik təcrübəsi, yüksək idarəçilik qabiliyyəti sayəsində Azərbaycanı regionun ən qüdrətli dövlətinə, beynəlxalq aləmin etibarlı üzvünə çevirdi. Ölkəmizin uzunmüddətli davamlı inkişaf strategiyasının təməlini qoyan Heydər Əliyev bütün sahələrdə köklü dəyişikliklər apararaq onun iqtisadi tərəqqisinə nail oldu.
S.Mehdiyev bildirib ki, bütün dövlət təsisatları kimi gömrük orqanlarının da formalaşdırılması, ixtisaslı kadrlara, müasir infrastruktura malik olan strateji quruma çevrilməsi məhz ulu öndərin adı ilə bağlıdır. Dahi rəhbərin gömrük orqanlarının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdəki proqram xarakterli çıxışı Azərbaycan Gömrük Xidmətinin gələcək inkişaf strategiyasını, hədəflərini müəyyənləşdirdi. Gömrük sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar, verdiyi tapşırıq və tövsiyələr qısa zaman kəsiyində Azərbaycan gömrüyünü təkmil bir quruma, dünya gömrük ailəsinin nüfuzlu üzvünə çevirdi.
Komitə sədri onu da bildirib ki, ümummilli liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, dövlətimizin qüdrətlənməsinə, iqtisadi tərəqqimizin davamlılığının təmin olunmasına hesablanıb. Son illər bütün sahələrdə olduğu kimi, gömrük sistemində də aparılan islahatlar gömrük işinin daha da təkmilləşdirilməsinə, beynəlxalq ticarətin asanlaşdırılmasına, ölkəmizin ixrac potensialının və tranzit imkanlarının artmasına şərait yaradıb.
Ötən ayın sonlarında Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionuna rəhbər seçilməsini Prezident İlham Əliyevin məqsədyönlü, tərəqqipərvər daxili və xarici siyasətinin nəticəsi kimi qiymətləndirən Səfər Mehdiyev, gömrük orqanlarının daim dövlət qayğısı ilə əhatə olunduğunu da vurğulayıb.
S.Mehdiyev Azərbaycan Gömrük Xidməti və gömrük əməkdaşlarının Heydər Əliyev irsini daim yaşadacağını və onun ideyalarına sadiq qalacağını bildirib.
Sonra çıxış üçün söz Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova verilib.
Heydər Əlievin dünya miqyasında nəhəng siyasətçi oduğunu vurğulayan Milli Məclis sədrinin birinci müavini Azərbaycanın dövlət müstəqilliyinin qorunmasınada, ölkəmizin beynəlxalq arenada nüfuz qazanmasında ulu öndərin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin xarici təcavüzlərdən və təsirlərdən qorunmasında, daxildə sabitliyin bərqərar edilməsi, ordu quruculuğunun təmin olunmasında Heydər Əliyevin dərin zəkası, müstəsna idarəçilik qabiliyyəti mühüm rol oynayıb.
Daha sonra ümummilli liderin müasir qanunvericilik bazasının yaradılması, bütün sahələrdə dövlət quruculuğunun və iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə atdığı uzaqgörən addımlardan danışan Ziyafət Əsgərov bugünkü Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu və onun ideyaları yaşadıqca müstəqilliyimizin də yaşayacağını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına orden və medallar təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.


















Baxış sayı: 672


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı