Bütün xəbərlər
Bilgəh qəsəbəsində Ulu öndər Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Tarix: 10-05-2019 19:53 | Bölmə: Gündəm

Ulu öndər Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş tədbir keçirildi 10 may 1923-cü il tarixində Ulu öndər Heydər Əliyev anadan olmuşdur. Bu gün onun anadan olmasının 96-cı ildönümü qeyd olunur. Azərbaycançılığın ümummilli idealogiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətçiliyinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. 1993-cü ildə Ulu öndərin hakimiyyətə 2-ci dəfə qayıdışı ilə Azərbaycan separatizmdən, yox olmaq təhlükəsindən, xaosdan azad oldu. 1994-cü ildə atəşkəs rejiminə nail olundu. Azərbaycan iqtidasiyyatını inkişaf etdirmək üçün dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Tədbirdə çıxış edən məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Gülnaz Abdullayeva Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı. Tədbirin bədii hissəsində şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular.
Günel Məmmədli
Sabaha-inamla.Az










Baxış sayı: 729


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı