Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində ulu öndər Heydər Əliyevin 96 illiyi qeyd edilib (FOTO)
Tarix: 07-05-2019 23:40 | Bölmə: Gündəm



Dövlət Sərhəd Xidmətinin Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən hərbi hissəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sahil Mühafizə komandanı general-leytenant Əfqan Nağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, hərbi hissənin zabitləri, gizirlər, miçmanlar, matroslar və əsgərlər iştirak edib.
Tədbirdə millət vəkili Rauf Əliyev və komandanın şəxsi heyyət üzrə müavini birinci dərəcəli kapitan Elnur Həbibov çıxış edib.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpa olmasında, onun qorunub saxlamasında, müstəqil dövlət quruculuğunda, milli ordu quruculuğundakı misilsiz fəaliyyətindən danışıblar.
Tədbir Azərbaycanın məşhur incəsənət ustalarının iştirakı ilə davam edib.






























Baxış sayı: 693


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı