Bütün xəbərlər
DGK-də Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib (FOTO)
Tarix: 08-03-2019 18:23 | Bölmə: Gündəm



Dövlət Gömrük Komitəsində (DGK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
DGK-dən Trend-ə verilən məlumata görə, gömrükçü qadınları təbrik edən Komitə sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanda qadınlara hər zaman xüsusi münasibətin olduğunu vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan qadınları həm mədəniyyət və incəsənət sahəsində, həm də dövlətçiliyimizin inkişafına, xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə yazılıb.
S.Mehdiyev vurğulayıb ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır.
O da xüsusilə qeyd edilib ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra ölkədə köklü olaraq qadın siyasətinin əsası qoyuldu. Öz növbəsində, Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaratdı.
S.Mehdiyev onu da diqqətə çatdırıb ki, ötən il Azərbaycan gömrüyünün tarixində ilk dəfə olaraq xidmətə qəbulla əlaqədar müsabiqə yalnız qadın namizədlərin iştirakı ilə keçirilib. Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub. Dövlət Gömrük Komitəsi gender bərabərliyi sahəsində görülən işlərə öz töhfəsini əsirgəmir və sözügedən müsabiqənin keçirilməsi də cəmiyyətimizdə qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.
Ölkə hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də uğur­­lu fəa­liy­yət gös­tə­rən, cə­miy­yət qu­ru­cu­lu­ğu­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rən qa­dın­la­rı­mı­zın əmə­yi­nin müstəqil Azərbaycan dövləti tərəfindən yük­sək qiymət­lən­dirildiyini deyən DGK sədri, iq­ti­sa­di təh­lü­kə­siz­li­yin ke­şi­yin­də ayıq-sa­yıq da­ya­nan gömrük­çü qa­dın­la­rın fəaliyyətindən də bəhs edib və on­la­ra ai­lə səa­də­ti, işlərində yeni-yeni uğurlar ar­zu­layıb.
Mə­ra­si­min so­nun­da göm­rük­çü qa­dın­la­ra bay­ram hə­diy­yə­si, gül-çi­çək dəs­tə­lə­ri təq­dim olunub.













Baxış sayı: 515


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı