Bütün xəbərlər
AZAL Gəncə-Naxçıvan reysini bərpa edə bilər
Tarix: 07-03-2019 13:49 | Bölmə: Gündəm

2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.
Trend bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, “AZAL” QSC-nin həmin reysi həyata keçirmək üçün texniki imkanları mövcuddur:
“Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.
Qeyd edək ki, Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb. Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub.


Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı