Bütün xəbərlər
Azərbaycanın dünyaya nümunə gətirilməsi Prezidentimizin fəaliyyətinin nəticəsidir - Rəşad Mahmudov
Tarix: 04-05-2020 17:49 | Bölmə: Gündəm

        Azərbaycanın dünyaya nümunə gətirilməsi Prezidentimizin fəaliyyətinin nəticəsidir - Rəşad Mahmudov

“Bu mənim sadəcə bir millət vəkili vəya həkim kimi deyil, həmdə bir vətəndaş kimi qürur hissi keçirdiyim hadisələrdən biri oldu.
Dünya Səhiyyə Təşkilatinın regionumuz üçün deyil, dünya üçün keçirdiyi mətbuat brifinqində cənab Dr.Tedros Ghebresus çıxışında ölkəmizi bir model olaraq nümunə göstərməsi çox fərgli bir hissdir və belə bir yüksək tribunadan Azərbaycanın adının dəfələrlə çəkilməsi, hətda bir model olaraq göstərilməsi həqiqətən bizi bir daha həm sevindirir, həm də belə bir üst qurum tərəfindən ölkəmizdə görülən işlərin, bütün mərhələlərdə doğru olduğunun bir daha əyani sübutudur.”
Avrasiya.net xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elimi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili, t.e.d. Rəşad Mahmudov Trend agentliyinə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, “ölkəmizdə koronaviursla mübarizə sahəsində aparılmış məqsədyönlü və planlı addımlar öz uğurlu nəticələrini göstərməkdədir.
Bu uğuru yüksək qiymətləndirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional səviyyədə xüsusi professionallıqla mübarizə apardığını qeyd edib və ölkə başçımıza təşəkkürünü bildirib. Ölkəmizin yüksək nüfuza malik beynəlxalq təşkilat tərəfindən qiymətləndirilməsi və dünya arenasına nümunə gətirilməsi bu gün müvafiq istiqamətdə cənab Prezidentimizin rəhbərliyi altında həyata keçirilən hər bir fəaliyyətin mərkəzləşdirilmiş və əlaqəli şəkildə icra edilməsinin nəticəsidir.“


Baxış sayı: 527


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı